AZƏRBAYCAN KARATEÇİSİ RAFAEL AĞAYEV İKİQAT DÜNYA ÇEMPİONU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən karate (VKF) üzrə XIX dünya çempionatının ikinci günü Azərbaycan idmançısı Rafael Ağayev açıq çəkidə dünya çempionu adını qazanmışdır.
Final görüşünə qədər həmyerlimiz bir-birinin ardınca Fransa, Tunis, Portuqaliya, Hollandiya və İtaliya idmançılarını məğlub etmişdir. Həlledici döyüşdə Yunanıstan karateçisi üzərində təmiz qələbə qazanan Rafael Ağayev ikinci dəfə dünya çempionu olmuşdur.
Qeyd edək ki, açıq çəkidə dünyanın 99 ölkəsindən 130-a yaxın idmançı iştirak etmişdir.
Əfsuslar olsun ki, noyabrın 15-də ölkəmizin idman şərəfini qoruyan daha iki karateçimiz - Yusif Cəfərov (60 kq) və Rəşad Hüseynov (65 kq) medal qazana bilməmişlər.
Noyabrın 16-da keçiriləcək döyüşlərdə artıq ikiqat dünya çempionu olmuş Rafael Ağayev 70 kiloqram çəki dərəcəsində, həmçinin Şahin Atamov (75 kq) və Amal Atayev (80 kq) güclərini sınayacaqlar.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]


