AZƏRBAYCAN KƏND İNVESTİSİYA LAYİHƏSİ ƏHATƏ DAİRƏSİNİ GENİŞLƏNDİRİR
AzKİL-dən AZƏRTAC-a bildirmişlər ki, bu yaxınlarda Düzən-Şirvan və Muğan-Salyan regionlarını əhatə edən silsilə görüşlər başa çatmışdır. Həmin regionları təmsil edən 90 icmanın və AzKİL-in regional əməliyyatlar ofislərinin 300-ə yaxın nümayəndəsi Saatlıda, Sabirabadın Nərimankənd, Ağdaşın Dəhnəxəlil, Yevlaxın Havarlı, Culfanın Saltaq icmalarında təşkil olunmuş seminarlarda görüşmüşlər. Tədbirlərdə geniş fikir mübadiləsi aparılmış, əldə edilmiş nailiyyətlərdən, qarşıya çıxan çətinliklərdən və onların həlli yollarından danışılmış, iştirakçılara 17 layihənin başa çatdığı, 15 layihənin isə icrada olduğu bildirilmişdir.
Xatırladaq ki, AzKİL-in məqsədi icma layihələrinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və infrastruktur xidmətlərini genişləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]
Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
- 16.10.2026 [13:19]