AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİONATINDA 49 MEDAL QAZANMIŞLAR
Bakı, 2 iyul (AZƏRTAC). Madriddə başa çatan WPKA (Dünya Kikboksinq Assosiasiyası) versiyası ilə kikboksinq üzrə dünya çempionatında Azərbaycan idmançıları 49 medal, o cümlədən 16 qızıl, 14 gümüş və 19 bürünc medal qazanmışlar. Ölkəmizi çempionatda yarışların 5 növü üzrə 35 idmançı təmsil etmişdir. 18 kikboksçu yaşlılar, 16-sı isə yeniyetmə və gənclər arasında mübarizə aparmışdır.
Yaşlı idmançılar arasında qızıl medallara Vasif İskəndərov (85 kq-dan yuxarı, koşiki ful), Ehram Məcidov (82 kiloqram, loukik), Fuad Zeynalov (82 kq, oriyental), Kamil Şərifov (76 kq, oriyental), Aydın Vəliyev (64,5 kq, loukik), Pərviz Əliyev (64,5 kq, oriyental), Eduard Məmmədov (60 kq, oriyental və loukik), Roman Quliyev (56,5 kq, loukik), Ramil Həsənov (55 kq-dan yuxarı, layt kontakt), Emil Kərimov (53,5 kq, ful kontakt), Rolan Quliyev (53,5 kq, oriyental), yeniyetmələr arasında Ramiz Məmmədov (55 kq, semi kontakt), Zaur Orucov (45 kq, layt kontakt), Elnur Əliyev (45 kq, semi kontakt), Elnur Əliyev (40 kq, layt kontakt) layiq görülmüşlər.
Aqşin Yusifzadə (88,5 kq, ful kontakt), Güloğlan Cabbarov (88,5 kq, loukik), Kamil Şərifov (76 kq, loukik), Albert Quliyev (76 kq, oriyental), Ayaz Mehdiyev (75 kq, solo kompozisiya), Elmar Mürsəlov (72,5 kq, oriyental), Aydın Vəliyev (64,5 kq, oriyental), Pərviz Əliyev (64,5 kq, loukik), Ramal Aslanov (60 kq, oriyental), Emil Kərimov (56,5 kq, loukik), Abbas Tunç (55 kq, layt kontakt), Ramil Həsənov (55 kq, semi kontakt), Ramil Elyasov (53,5 kq, oriyental), Tayfur Əliyev (45 kq, layt kontakt) çempionatın gümüş mükafatçıları olmuşlar.
Cavidan Qorçuyev (88,5 kq-dan yuxarı, layt kontakt), Vasif İskəndərov (88,5 kq, ful kontakt), Ramil Səlimov (88,5 kq, oriyental və loukik), Güloğlan Cabbarov (88,5 kq, oriyental), Elmar Mürsəlov (76 kq, loukik), Sənan Baxşəliyev (76 kq, loukik), Zəfər Əliyev (72,5 kq, oriyental), Azad Əsgərov (67 kq, oriyental və loukik), Pərviz Əliyev (64 kq, layt kontakt), Roman Quliyev (60 kq, oriyental), Rolan Quliyev (56,5 kq, loukik), Ramiz Məmmədov (55 kq, layt kontakt), Əhməd Bəşirov (55 kq, layt kontakt), Ramil Elyasov (53,5 kq, ful kontakt), Sərxan Əliyev (45 kq, layt kontakt), Zaur Orucov (45 kq, semi kontakt), Ruslan Musayev (40 kq, layt kontakt) isə bürünc medallar qazanmışlar.
Azərbaycan İspaniya və Rusiya komandalarını geridə qoyaraq, komanda hesabında birinci yeri tutmuşdur.