Azərbaycan komandası Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, birinci diviziondan mübarizəyə qoşulan Azərbaycan millisi B qrupunda ilk qarşılaşmasını İsveç komandasına qarşı keçirib. Oyun şahmatçılarımızın 5,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın Çin komandası ilə növbəti görüşündə isə hesab 3:3 olub. Bu gün komandamız üçüncü qarşılaşmasını Macarıstan yığmasına qarşı keçirəcək.
Növbəti iki gündə isə şahmatçılarımız Belarus, Hindistan, Moldova, Sloveniya, Misir və Fransa yığmaları ilə oynayacaq. Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]