Azərbaycan Kukla Teatrı 87-ci mövsümünə hazırlaşır
Bakı, 1 avqust, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, yeni mövsüm sentyabrın 15-də “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları ilə açılacaq. Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib. “Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Onun quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovdur.
Yeni mövsümdə teatr “Əlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]