AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏLUMAT YAYMIŞDIR
Bakı, 20 yanvar (AZƏRTAC). Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin idarə heyəti 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı məlumat yaymışdır.
Məlumatda bildirilir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin tərkibində ermənilərin də olduğu sovet ordusu tərəfindən hücuma məruz qalmasından 20 il ötür. “Qanlı Yanvar” adı ilə tarixə düşən hadisələrdə əhalinin yaşadığı binalar atəşə tutulmuşdur. Lakin azərbaycanlılar təpədən-dırnağadək silahlanmış ordu qarşısında yalın əllə mətanətlə və cəsarətlə müqavimət göstərərək qəhrəmanlıq nümayiş etdirmişlər.
Qeyd edilmişdir ki, 20 Yanvar günü şəhid olanların xatirəsi daim əziz tutulur, faciə qurbanlarının dəfn edildikləri Şəhidlər xiyabanı azərbaycanlılar üçün ən müqəddəs yerlərdən birinə çevrilmişdir.
Məlumatın sonunda hələ də öz layiqli cəzalarını almayan faciə günahkarlarının ortaya çıxarılıb mühakimə edilməli olduqları bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]