Azərbaycan “Los Angeles Times Travel Show 2012” Beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 27-dən 29-dək ABŞ-ın Los-Anceles şəhərində “Los Angeles Times Travel Show 2012” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin və Azərbaycan Turizm Assosiasiyasının təmsilçilərindən ibarət ölkəmizin nümayəndə heyəti sərgidə iştirak etmək məqsədilə Los-Anceles şəhərinə ezam olunmuşdur. Sərgidə, həmçinin Azərbaycanın “Xəzər Travel”, “İntour” və “Spektr travel” turizm şirkətlərinin təmsil olunması nəzərdə tutulur.
Beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kvadratmetr sahə icarəyə götürülmüşdür. Bundan əlavə, Azərbaycan pavilyonu sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları və digər təbliğat materialları ilə təmin olunmuşdur.
Azərbaycan dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın şirkətin təmsil olunduğu ənənəvi “Los Angeles Times Travel Show” sərgisində ilk dəfədir iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]