Azərbaycan millisi bu gün FIFA turnirinin qalibi ola bilər
Bakı, 2 dekabr, AZƏRTAC
Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyuna çıxacaq.
AZƏRTAC xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşacaq. Milli Stadionda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
İlk matçında Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü görüşdə məğlub olmasa, turniri qalib tamamlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
- 05.06.2026 [18:52]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [17:37]