Azərbaycan millisi Farer adaları yığmasına iki cavabsız qolla qalib gəlib
Bakı, 6 aprel, AZƏRTAC
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, B liqasının birinci qrupunda mübarizə aparan yığmamız Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki “İnver Park”da keçirilən görüş baş məşqçi Vüqar Əsgərlinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın heyətində qolları Aysun Muradova və Pərvin Səfərəliyeva vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]