Azərbaycan millisinin iki futzalçısının COVID-19 testi pozitiv nəticələnib
Bakı, 21 yanvar, AZƏRTAC
Niderlandda futzal üzrə Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin üzvlərindən yanvarın 21-də oyun öncəsi rəsmi məşqdə iştirak etmək üçün COVID-19 anticism analizləri götürülüb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi yanvarın 22-də açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı həmin gün Gürcüstanla keçiriləcək oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyun öncəsi məşqdə iştirak etməyəcəklər.
Qeyd edək ki, Niderlandın mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]