Azərbaycan millisinin məşqçisi: Heyətdə sürpriz adlar ola bilər
Bakı, 22 fevral, AZƏRTAC
"Azərbaycan millisi qarşıdakı oyunlara böyük ehtimalla mənim rəhbərliyim altında çıxacaq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov mart ayında Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turniri üçün yığmaya çağırılacaq oyunçular barədə danışarkən deyib.
Mütəxəssis hələlik milliyə kimləri dəvət edəcəyini dəqiqləşdirmədiyini bildirib: "Bu barədə indidən informasiya verə bilmərəm. Sadəcə, onu deyim ki, heyətdə sürpriz adlar ola bilər”.
O, mart ayında başqa yoldaşlıq matçı keçirməyi planlaşdırmadıqlarını söyləyib: “İki yoldaşlıq oyunu nəzərdə tutulmuşdu. Bu turnirə görə sınaq görüşlərinə ehtiyac qalmadı. Çünki turnirdə keçirəcəyimiz görüşlər elə yoxlama xarakteri daşıyacaq. İnanıram ki, oyunlar çox maraqlı olacaq".
Qeyd edək ki, Azərbaycan millisi FIFA-nın ilk dəfə təşkil etdiyi turnirdə birinci matçını martın 22-də Monqolustan seçməsinə qarşı keçirəcək. Digər oyun isə 3 gün sonra Bolqarıstan kollektivi ilə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]