SİYASƏT
Azərbaycan-Monteneqro münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Podqoritsa, 1 fevral, AZƏRTAC
Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev bu ölkənin Prezidenti Yakov Milatoviç, Baş nazir Miloyko Spayiç və parlamentin sədri Andriya Mandiç ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ilə Monteneqronun dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrə malik olduğu vurğulanıb, dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib. İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Azərbaycanın və Monteneqronun ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək və qarşılıqlı maraq doğuran əməkdaşlığın potensialından tam bəhrələnmək üçün birgə səyləri bundan sonra da davam etdirəcəyi qeyd olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı da müzakirələr aparılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa