Azərbaycan müdafiə naziri Sloveniya Prezidenti ilə görüşüb
Bakı, 13 mart, AZƏRTAC
Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 13-də Prezident Borut Pahor ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb. Səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə əminlik bildirilib.
Söhbət zamanı Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verilərək hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyəti qeyd edilib.
Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]