Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan multikulturalizminin dünyada təbliği – gerçəkləşən siyasi iradənin təcəssümü

Azərbaycan multikulturalizminin dünyada təbliği – gerçəkləşən siyasi iradənin təcəssümü

Bakı, 29 fevral, AZƏRTAC

Bu günlərdə Azərbaycanda daha bir beynəlxalq layihə yekunlaşdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-15-də baş tutan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi ərzində İsveçrə, Ukrayna, Türkiyə, Yaponiya, Almaniya, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Nigeriya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva və İndoneziyadan 42 xarici tələbə indiyədək sözlə tanış olduğu Azərbaycan multikulturalizminin əyani şahidi oldu. Onlara Azərbaycanın müxtəlif universitetlərindən 12 azərbaycanlı tələbə də qoşuldu.

Beynəlxalq Multikulturalizm qış məktəbinin fəaliyyətə başlaması ideyası 2015-ci ildə baş tutan Beynəlxalq Multikulturalizm yay məktəbinin uğurlu nəticələrindən və nailiyyətlərindən qaynaqlanır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin çıxışlarında vurğuladığı kimi, Prezident İlham Əliyev Beynəlxalq Multikulturalizm yay və qış məktəblərinin təşkilini təqdir edir.

Dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bu ilin fonunda görülən bütün işlər Azərbaycan multikulturalizminin dünyada təbliği və təşviqi istiqamətində bir-birini tamamlayan, sistemli hərəkata çevrilən siyasi iradənin tərkib hissəsidir.

Çağdaş dövrümüzdə Azərbaycan hökuməti sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi multikulturalizm siyasəti nəticəsində qazandığı uğurlarla dünyada multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınır və bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnəkdir. Hazırda avropalılar əcnəbilərin, fərqli din və mədəniyyət daşıyıcılarının onların yaşadıqları cəmiyyətə inteqrasiya etmələrini istəmirlər və buna görə də Avropanın əksər dövlətləri uzun illər apardığı multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edir. Bu gün dünyanın əksər ölkələrində, eləcə də Avropada multikulturalizm və tolerantlıq sadəcə hüquq müstəvisində mövcuddur. Azərbaycanda isə multikulturalizm qeyd edilən bu faktorla yanaşı, özündə çoxəsrlik mənəvi kultu qoruyub saxlayır, xalqın yaşam tərzi olmaqla yanaşı, dövlət siyasətinin aparıcı istiqaməti kimi önə çıxır.

Azərbaycan multikulturalizmi - mərhəmət və şəfqət özülü üzərində ucalan dəyərlər sistemi

Dövlət müşaviri Kamal Abdullayev çıxışlarının birində deyib ki, Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, insana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə mesajıdır. 

Dövlət müşavirinin vurğuladığı kimi, qış məktəbi ərzində xarici tələbələrə Azərbaycan multikulturalizminin mayasında yazılmış qanunlar, verilmiş hüquqlarla yanaşı, mərhəmət və sevgi amilinin yer aldığı nümayiş etdirildi. Humanizmi şərtləndirən amillər sırasında məhz mərhəmət, acıma, şəfqət hissi öndə gəlir. İnsanın insana sevgisinin cövhəri mərhəmətdən yoğrulub. Müqəddəs Qurani-Kərimin də “Mərhəmətli və rəhimli Allahın adı ilə” başlaması təsadüfi deyil. Azərbaycan multikulturalizmi modelinin xarakterik cəhəti kimi özünü göstərən mərhəmət amili bir tərəfdən ölkəmizin əhalisinin böyük əksəriyyətinin müsəlman olmasından qaynaqlanırsa, digər tərəfdən bu insani keyfiyyətin xalqımızın genetikasına oturuşmuş mənəvi kod olduğunu göstərir. Azərbaycan multikultural dəyərlər sisteminə görə, insan hansısa etnik qrupa, dini inanca, mədəni göstəriciyə, yaşam tərzinə, zahiri və daxili keyfiyyətə görə deyil, məhz Allahın yaratdığı ən ali məxluqat - insan olduğuna görə dəyərlidir... Bu, bütün səmavi kitablarda da təsbit olunub.

Məhz bu cəhətdən multikulturalizmin Azərbaycan modeli öyrənilməyə, araşdırılmağa, paylaşılmağa və örnək olmağa layiqdir. Əgər Avropa multikultural dəyərlər sistemində “özgəsi”nin mədəniyyətinə, dünyagörüşünə və adət-ənənəsinə, ümumiyyətlə, mövcudiyyətinə münasibət “dözmək”, “ tablamaq”, “qatlanmaq” anlayışı ilə ifadə edilirsə, multikulturalizmin Azərbaycan modeli başqasına dözmək deyil, onu necə varsa, o şəkildə qəbul etməyi, mərhəmət göstərib sevməyi özündə ehtiva edir. Məcburi dözmək və mərhəmət fərqli anlayışlardır. Çünki sadəcə haqq-hüquq müstəvisində dayanaraq dözmək məfhumunun altında az, ya da çox dərəcədə aqressiya, hirs, qəzəb toplana bilər. Mərhəmət və sevgi olmadan sadəcə məcburi dözümlülük prinsiplərinə əsaslanan birgəyaşayış zamanı toplanmış neqativ duyğuların da nə vaxtsa mədəniyyətlərarası, dinlərarası, millətlərarası toqquşmalar, təfriqələr şəklində üzə çıxmaq ehtimalı qaçılmazdır. Dözmək hüquqi, mərhəmət və sevgi isə insani anlayışdır. Akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, qış məktəbinin məramı da Azərbaycan multikulturalizminin uzun əsrlərdən bəri məhz mərhəmət və şəfqət prinsipləri üzərində bərqərar olduğunu xarici tələbələrin öz gözləri ilə görüb inanmasına şərait yaratmaq idi. Axı yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır... Dövlət müşaviri xarici tələbələrlə görüşü zamanı ümummilli lider Heydər Əliyevin “Azərbaycanın ərazisində yaşayan xalqlar onun zəngin sərvətidir” fikrini xatırladaraq bu zəngin sərvəti dünyaya nümayiş etdirməyin qürurverici olduğunu bildirib.

Azərbaycana olan marağı sevgiyə çevirmək: 

çətin, şərəfli və zövqverici missiya

Ölkəmiz indiyədək çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonağı adına layiq qəbul edib-yola salmaq xalqımızın canında-qanındadır, yəni, qonaqpərvərlik tərəfimizdən təəccüblə qarşılanan məfhum deyil. Lakin Azərbaycanın Beynəlxalq Multikulturalizm qış məktəbinə ev sahibliyi bu dəfə maraqlı bir cəhəti ilə fərqlənirdi. Budəfəki qarşılama-yolasalma mərasimində məqsəd təkcə ev sahibinin özünü qonaqlara sevdirməsi deyildi, burada ev sahibinin də qonaqlarını tanıması, sevməsi və eyni zamanda, qonaqlarını bir-birinə sevdirməsi prioritet məsələ idi. Sözügedən bu maraqlı ideyanın müəllifi Kamal Abdullayev həm də Beynəlxalq Multikulturalizm qış məktəbi üçün maraqlı deviz təklif etmişdi: “Azərbaycana olan marağı sevgiyə çevirmək və bu sevgini ürəklərdə yaşatmaq!” 

Marağa yönələn cığırın başlanğıc nöqtəsi tanışlıqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevin təşəbbüsü ilə hazırda dünyanın 13 nüfuzlu universitetində tədris edilən “Azərbaycan multikulturalizmi” fənni vasitəsilə xaricdə ölkəmizin multikultural dəyərlər sistemi ilə tanışlıq qısa bir vaxtda Azərbaycana olan marağa çevrilib. Bu marağı sevgiyə çevirmək üçün xarici tələbələrin Azərbaycan multikulturalizminin tədrisi zamanı öyrəndiklərini öz gözləri ilə görmələri çox vacib idi. Qış məktəbi proqramında hər bir detal nəzərə alınaraq həm tədris boyu, həm də asudə vaxtın təşkili zamanı 16 ölkənin təmsilçilərinin Azərbaycanın tarixi, mədəniyyəti, multikultural dəyərlərini tanıyıb sevmələri ilə yanaşı, qonaqların öz ölkələrini eyniadlı istiqamətlər üzrə bir-birilərinə tanıyıb sevdirmələri üçün dövlətimiz tərəfindən hər bir şərait yaradıldı. Azərbaycana olan marağı sevgiyə çevirmək çətin, gərgin əmək tələb edən, amma şərəfli və sonucda böyük zövq bəxş eləyən bir missiya idi.

Qış məktəbi çərçivəsində Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin qardaşlaşması da bir neçə aspektdən çox əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Bütün bunlar həm də onun göstəricisi idi ki, Azərbaycan dövləti və xalqı qarşılıqlı məhəbbət və mərhəmətə əsaslanaraq çoxsaylı yaxın və uzaq ölkələrin gənc nəslinin yaddaşına böyük sevgi sərmayəsi yatırmaqla məşğuldur. Bu sərmayənin indi və gələcəkdə də çox böyük mənəvi qazanc gətirəcəyi şəksizdir... Qış məktəbinin yekun nəticələri, eləcə də xarici tələbə-müəllim kontingentinin Azərbaycan mətbuatında, həmçinin öz ölkələrinin mediasında yer alan unudulmaz, zəngin təəssüratları akademik Kamal Abdullayevin öncədən səsləndirdiyi “ömür boyu sürəcək dostluq və sevgi” tezisinin özünü doğrultduğunu təsdiqlədi...

Qış məktəbinin iştirakçıları - ürəklərində 

Azərbaycan sevgisi yaşadan fəxri səfirlərimiz

Qış məktəbi ərzində tələbələrlə söhbətimiz zamanı xarici tələbələr burada multikulturalizmin, tolerantlığın ən müxtəlif aspektləri ilə tanış olduqlarını şövqlə qeyd edirdilər. Zəngin və unudulmaz təəssüratları bir yazıya sığdırmaq, əlbəttə, mümkün deyil. Amma tələbələrin Azərbaycan multikulturalizmi ilə bağlı dedikləri ən yaddaqalan məqamlar yaddaşlara həkk olunub.

Gürcüstanlı tələbə Georgiy Saladze Azərbaycan multikulturalizmini çox maraqlı bir nüansla səciyyələndirdi: “Düşünürəm ki, keçən əsrin əvvəllərində Bakıda yaşayan milliyyətcə gürcü, xristian Nino ilə azərbaycanlı müsəlman Əlinin böyük məhəbbəti çoxəsrlik Azərbaycan multikulturalizminin ən parlaq sübutudur”.

Litvalı tələbə Kamilia Puncevicə fikrincə, Azərbaycanda müxtəlif dinlərə, millətlərə məxsus insanların birgə yaşaması bütün dünya üçün nümunə olmalıdır.

Portuqaliyadan gəlmiş yəhudi Antonio Mendes Azərbaycanda gördüklərinin təsəvvüründəkiləri qat-qat üstələdiyini bildirib: “Qubadakı Qırmızı qəsəbədə olarkən çayın bir sahilində sinaqoqların, digər sahilində məscidlərin fəaliyyət göstərdiyinin şahidi oldum. Məncə, təkcə elə bu fakt Azərbaycanda unikal multikultural və tolerant dəyərlərin mövcudluğunun isbatıdır”.

Rusiya kimi çoxmillətli və çoxkonfessiyalı bir ölkədən gələn tələbə Varvara Filipovanın “Əgər seçmək hüququm olsa, mən Azərbaycan multikulturalizmi modelinə səs verərdim. Çünki bu model həm işləkdir, həm də ümidvericidir” fikri isə bir çox mətləblərə aydınlıq gətirir.

ADA Universitetində təhsil alan nigeriyalı tələbə İbrahim Akinyeminin Azərbaycanda özünü öz ölkəsində olduğu kimi rahat hiss etdiyini deməsi, burada insanların çox istiqanlı olduğunu vurğulaması, Qubada, Xaçmazda, Qusarda yerli gənclərlə çay süfrəsi zamanı duyğularını Azərbaycan dilində entuziazmla paylaşmaq cəhdi də onun ölkəmizə olan sevgisinin təzahürü idi.

Azərbaycan multikulturalizminin daha bir maraqlı tərəfi dini, etnik, mədəni, irqi mənsubiyyəti ilə yanaşı, insanların məişətinə, seçdiyi yaşam tərzinə sayğı ilə yanaşılmasıdır. Almaniyalı Tobias Fernandes Azərbaycandakı çox azad, tolerant atmosferdən və onun vegetarian yaşam tərzinə burada necə anlayışla yanaşdıqlarından ağızdolusu bəhs etdi: “Azərbaycanda dil bilib-bilməməsindən asılı olmayaraq, hamı kömək etməyə, əl tutmağa hazırdır. Bu, elə multikulturalizmin ifadəsidir. Mən vegetarianam, bunu bilən qış məktəbinin təşkilatçıları ilk gündən mənim üçün ancaq tərəvəzlərdən ibarət məxsusi menyunun olmasına qərar verdilər. Buna görə daxilən sıxıntı keçirsəm də, bu məsələni ev sahibləri elə rahatlıqla, ürəkaçıqlığı ilə həll etdilər ki, sıxıntım qalmadı. Bu, onun göstəricisidir ki, multikulturalizm buraya kənardan və yeni gələn dəyər deyil, çoxmədəniyyətlilik, başqasını da özündən biri kimi görmə ənənəsi burada əsrlərdir formalaşıb”.

Deyilənlərə və yazılanlara sözardı: Bəzən özündə çox böyük həqiqəti ehtiva eləyən və bizə kənardan adi görünən situasiya bir işin mahiyyəti haqqında uzun-uzadı danışmaqdan daha effektli olur: Keçən il təşkil olunmuş Beynəlxalq Multikulturalizm yay məktəbində də təmsil olunan bolqarıstanlı tələbə Janet Nikolova qış məktəbinin iştirakçıları ilə Şəhidlər xiyabanını ziyarət edəndə öz təşəbbüsü ilə irəli çıxaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız, Ermənistan-Azərbaycan münaqişəsi fonunda ölkəmizin haqlı mövqeyi, xalqımızın erməni qəsbkarları tərəfindən üzləşdiyi vəhşilik və soyqırımları ilə bağlı xarici tələbələrə özü məlumat verdi. Janetin bu dəyərli jesti yay və qış məktəbləri sayəsində Azərbaycanın xaricdə artıq onlarla fəxri səfiri olduğunun və bundan sonra da olacağının parlaq sübutudur.

Sevinc Mürvətqızı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

aparıcı məsləhətçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb