AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ ANMA MƏRASİMİNDƏ İŞTİRAK EDİR
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə nümayəndə heyəti Osvensimdəki Auşvits-Birkenau həbs düşərgəsi məhbuslarının azad edilmələrinin 60 illiyi ilə bağlı beynəlxalq anma mərasimində iştirak etmək üçün yanvarın 26-da Varşavaya gəlmişdir.
Polşa paytaxtının Opone hərbi hava limanında Bakıdan xüsusi reyslə gəlmiş nümayəndə heyətini ölkəmizin Polşadakı səfiri Vilayət Quliyev, Polşa Senatının və Seyminin nümayəndələri qarşılamışlar.
Milli Məclisin sədri həmin gün Polşa Senatı sədrinin müavini xanım Yolanta Danielyak, Polşa Seyminin marşalı (sədri) Vlodzimiej Çimoşeviçlə, Seymin xarici əlaqələr komissiyasının sədr müavini Yurek Marek ilə görüşlər keçirmişdir. Seymin Cənubi Qafqaz ölkələri ilə dostluq qrupu Azərbaycan parlamenti sədrinin şərəfinə ziyafət vermişdir. Keçirilən görüşlər və aparılan danışıqlar zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar əməkdaşlıq, parlamentlərimizin əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq, Avropa qurumlarına inteqrasiya proseslərində Polşanın Azərbaycana yardımı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Daha sonra nümayəndə heyəti Varşavanın memarlıq abidələri və tarixi Kral sarayı ilə tanış olmuşdur. Milli Məclisin sədri Azərbaycanın Varşavadakı səfirliyinə gəlmiş, diplomatik missiyamızın fəaliyyəti ilə maraqlanmış, əməkdaşlara tövsiyə və arzularını çatdırmışdır.
Yanvarın 27-də səhər Milli Məclisin sədri M.Ələsgərovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti beynəlxalq anma mərasimində iştirak etmək üçün Krakov şəhərinə yola düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]