Azərbaycan nümayəndə heyəti “FITUR” Beynəlxalq turizm sərgisində iştirak etmək üçün Madridə gəlmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, yanvarın 18-dən 22-dək Madrid şəhərində “FITUR” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, artıq nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti sərgidə iştirak etmək üçün Madridə gəlmişdir.
Azərbaycan 2007-ci ildən başlayaraq ənənəvi “FITUR” Beynəlxalq turizm sərgisində təmsil olunur. Builki sərgidə respublikamızın turizm imkanlarını nümayiş etdirmək üçün 52 kvadratmetr sahədə pavilyon qurulacaqdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmiz üçün ayrılmış sahədə respublikamızın zəngin turizm potensialını nümayiş etdirməklə yanaşı, qərargahı Madrid şəhərində yerləşən Dünya Turizm Təşkilatının, həmçinin İspaniyanın aparıcı turizm təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəkdir.
“FITUR” Beynəlxalq turizm sərgisinin direktoru xanım Ana Larranaga ilə keçiriləcək görüşdə ölkəmizin bu mötəbər sərgidə iştirakı və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]