Azərbaycan nümayəndə heyəti İzmirdə keçirilən “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantıda təmsil olunur
İzmir, 29 aprel, AZƏRTAC
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Türkiyənin dövlət himni səsləndirildikdən sonra ölkənin kənd təsərrüfatının inkişafına həsr olunan sənədli film nümayiş etdirilib.
Toplantı çərçivəsində Türkiyənin biomüxtəlifliyinə aid sərgi də açılıb.
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri aprelin 30-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]