Azərbaycan nümayəndə heyəti Qars vilayətinin turizm potensialının təqdimatında iştirak edəcəkdir
Bakı, 10 fevral (AZƏRTAC). Fevralın 19-dan 24-dək Sərhat İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda bu vilayətin turizm potensialının təqdimatı ilə əlaqədar tədbirlər keçiriləcəkdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tədbirlərdə 5 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və İranda fəaliyyət göstərən turizm agentliklərinin nümayəndələri iştirak edəcəklər.
Layihənin məqsədi şərqi Türkiyənin turizm potensialını nümayiş etdirmək, bölgənin qış, yay və inanc turizmini canlandırmaqdır.
Tədbirlər çərçivəsində turizm agentliklərinin nümayəndələri üçün Qars, Ərdahan, İğdır ve Ağrı vilayətlərinə gəzinti təşkil ediləcək, müxtəlif konfranslar, toplantılar təşkil olunacaqdır.
Tədbirdə Qarsın turizm potensialı ilə əlaqədar film də nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]