AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ GƏNC LİDERLƏRİN İKİNCİ FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR
Sentyabrın 16-19-da Rusiyanın Soçi şəhərində MDB ölkələri və Baltikyanı dövlətlərin Gənc liderlərinin ikinci forumu keçiriləcəkdir. Forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Azər Əmiraslanov və Prezidentin İcra Aparatı rəhbərinin köməkçisi Elnur Aslanov təmsil edəcəklər. Forumun əsas məqsədi postsovet məkanında səmərəli əməkdaşlıq yollarının araşdırılmasıdır. “Məsuliyyət nəsli” adlanan forumun iştirakçıları immiqrasiya, təhsil sistemi, mədəniyyət, biznes, siyasi və iqtisadi inteqrasiya məsələlərini müzakirə edəcəklər.
Azərbaycan nümayəndə heyəti iqtisadi inteqrasiya və biznesin gənclərlə əlaqəsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakı və təhsilin gənclərə yeni imkanlar açması mövzularında müzakirələrdə fəal iştirak edəcək, eyni zamanda, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinə toxunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]