Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tayland Krallığının Pattaya şəhərində keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, idmançı SU5 kateqoriyasında qrup mərhələsini ikinci pillədə tamamlayıb.
O, taypeyli rəqibinə 0:2 hesabı ilə uduzduqdan sonra Yeni Zelandiya təmsilçisini üstələyib - 2:1. Yığma üzvü sonuncu raundda kubalı idmançını 2:0 hesabı ilə məğlub edib.
İbrahim Əliyev növbəti mərhələdə yaponiyalı parabadmintonçu ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirə fevralın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]