Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRMIZI QƏSƏBƏDƏ OLMUŞDUR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRMIZI QƏSƏBƏDƏ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 27-də Quba rayonunda, əsasən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə olmuşdur.

Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Dağ Yəhudiləri İcmasının sədri BORİS SİMANDUYEV Prezidenti böyük ehtiramla salamlayaraq dedi:

- Hörmətli, əziz Prezidentimiz, biz Sizi hər dəfə burada görəndə məmnunluq hissi keçiririk. Sizinlə görüşümüz qəlbimizdə elə bir iz buraxır ki, illərlə təəssürat altında oluruq. Biz ona görə Sizi sevirik ki, Siz bizim ölkəmizi, respublikamızı çox qüdrətli bir dövlətə çevirmisiniz. Bugünkü gündə Azərbaycanla hesablaşmayan elə bir dövlət yoxdur. Çox böyük dövlətlərin rəhbərləri Sizinlə görüşə can atırlar. Biz bundan iftixar hissi keçiririk. Əminik ki, Siz bizi gözəl gələcəyə aparacaqsınız. Buna biz heç bir şübhə etmirik. Çünki siz bizim çoxmillətli dövlətdə əmin-amanlıq yaratmısınız. Əmin-amanlıq da ki, əsas şərtdir. Əmin-amanlıq olmayan yerdə inkişaf da ola bilməz. Bu, Azərbaycanda var. Dinlər arasında olan münasibətlər də bir-birinə qarşılıqlı hörmət əsasında qurulur. Bütün konfessiyalar bir-birinə hörmət edirlər, bizdə əmin-amanlıq var. Harada əmin-amanlıq olursa, orada tərəqqi də olur. Allaha şükür, Azərbaycanda həmişə əmin-amanlıq olub, mənə elə gəlir ki, tolerantlıq nöqteyi-nəzərindən Azərbaycan bütün dünya üçün nümunə ola bilər. Bizə çoxlu qonaqlar gəlir, onlar bizimlə görüşür, fikrimizi öyrənirlər. Eşidəndə ki, bizdə, Azərbaycanda millətlər arasında əlaqələr necə qurulub, onlar bizə qibtə edirlər, bizdən razılıq hissi ilə ayrılırlar. Biz ümidvarıq ki, bu, belə də olacaqdır.

Möhtərəm Prezident, Sizin rəhbərliyiniz nəticəsində Azərbaycanın siması tamamilə dəyişibdir. Yəni Azərbaycanın elə bir regionu yoxdur ki, orada inkişaf, tərəqqqi olmasın. İstehsal müəssisələri tikilir, iş yerləri yaradılır, ictimai binalar, mədəni-maarif ocaqları, məktəblər tikilir. Həddən artıq inkişaf gedir. Belə bir qüdrətli dövlət bizi ruhlandırır, yaşayıb-yaratmağa sövq edir.

Siz keçən illərdə burada olanda, bəlkə də yuxarıdan baxanda bu imarətləri görməmişdiniz. İndi Allaha şükür, baxıb görürsünüz ki, nə qədər bizdə inkişaf var, gözəl bir qəsəbə yaratmışıq. Buraya gələn qonaqlar bizə baxıb fərəhlənirlər. Onlar da fərəhlənirlər ki, belə bir ölkədə, belə bir inkişaf var. Mənə belə gəlir ki, bu inkişafı görməyən ya kor, ya kardır, yaxud da ki, onlar qanmazdır, qanmırlar. Biz bunu görürük, bunu dərk edirik. Fəxr edirik ki, Allah-taala bizə Sizin kimi bir Prezidenti bəxş edibdir. Biz xoşbəxt adamlarıq. Hamımız ümidvarıq ki, bizə bəxş edilən bu insan bizim dayağımız olacaq, biz də onun ətrafında sıx birləşib, ona dayaq olacağıq. Çünki, biz ona inanırıq, onu sevirik, onunla fəxr edirik.

Allaha şükür edirik ki, Siz buraya belə bir vaxtda - bayramlar ərəfəsində gəlmisiniz. Bizim camaatımız bir aya yaxındır ki, səhər sübh açılandan sinaqoqlarda ibadət edir, Allah-taalaya üz tutub bizim dövlətimizin başçısına cansağlığı arzu edir, dövlətimizin tərəqqisi naminə dualar deyir. Bizim camaatımız, xalqımız Allaha yaxın adamlardır. Allah-taala da bizim səsimizi eşidir, bizə kömək olur, Sizə kömək olur, Siz də bizə kömək olursunuz. Mən Sizi bu bayramlar münasibətilə - Ramazan bayramı, yəhudilərin Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür, ailə səadəti, bizi gözəl gələcəyə aparmaqda qüvvə, iradə arzulayırıq.

Möhtərəm Prezident, bir də Yeni il bayramında Allah-taala bütün insanların qismətini müəyyən edir. İlin başında nə olacaqsa, həyat necə başlayacaq, necə qurtaracaqsa - onu təyin edir. Allah-taala elə etsin ki, Sizin adınız Allahın həyat kitabında müqəddəs insanların arasında birinci yazılsın. Dövlətimiz tərəqqi etsin, Azərbaycan iri addımlarla bundan sonra da inkişaf etsin. Amin!

İLHAM ƏLİYEV: Çox sağ olun, xoş sözlərinizə görə sizə minnətdaram. Sizi ilk növbədə qarşıdan gələn bayram münasibətilə təbrik etmək istəyirəm. Rəsmi məktub da imzalamışam. Bütün yəhudiləri onların bayramı münasibətilə təbrik edirəm və bu bayramda bütün yəhudi icmasının üzvlərinə xoşbəxtlik, cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm.

Siz çox düzgün söylədiniz ki, bizim ölkəmizin üstünlüyü ondadır ki, burada bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, qardaş kimi yaşayırlar. Bu, bizim xüsusiyyətimizidir və bu, bizə təbii gəlir. Biz buna öyrəşmişik. Biz uşaqlıq dövründən belə ab-havada yaşamışıq. Bəzi xarici qonaqlar Azərbaycana gələndə, yaxud da ki, bizim təcrübəmizi öyrənməyə başlayanda təəccüblənirlər. Necə ola bilər ki, burada bütün xalqlar çox mehriban şəraitdə yaşayırlar, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir və bu, bizim böyük nailiyyətimizdir və böyük sərvətimizdir. Bütün millətlərin nümayəndələri bir ailə kimi, qardaş kimi yaşayırlar, yaradırlar, Azərbaycanın inkişafında öz mühüm əməyini qoyurlar və ölkəmizin inkişaf etmiş dövlətə çevrilməsi işində öz fəaliyyətlərini göstərirlər.

Bizim ölkəmiz, bütün bölgələr inkişaf edir. O cümlədən Qubada Qırmızı qəsəbənin inkişafı da xüsusi yer tutur. Burada tikilən binalar, gözəl şərait, əlbəttə ki, çox sevindiricidir. Mən çox istəyirəm ki, burada həmişə həyat belə gur olsun, həmişə toy-bayram olsun, həmişə sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Mən də Prezident kimi əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm ki, Azərbaycanda bu gözəl ənənələr davam etsin, əbədi olsun və əbədi də olacaqdır. Azərbaycanın inkişafı uzunmüddətli olsun, burada sabitlik, əmin-amanlıq daha da möhkəmlənsin, bütün görülən işlər insanların daha da yaxşı yaşamasına xidmət göstərsin.

Biz iqtisadi cəhətdən xeyli dərəcədə güclənmişik.

Müstəqil ölkəmiz son illər ərzində misli görünməmiş inkişaf yaşayıbdır. Sosial məsələlərin həlli, investisiyalar, büdcə artımı - bütün bunlar insanların gündəlik həyatına öz təsirini göstərir. Mən istəyirəm ki, daha da çox göstərsin. İstəyirəm ki, Azərbaycanda yoxsulluq, işsizlik olmasın, insanlar yaxşı işlə təmin olunsunlar, yaxşı maaş alsınlar, yaxşı pensiya alsınlar. Düzdür, son illər ərzində biz bütün bu sosial ödəmələri xeyli dərəcədə artırmışıq, ancaq hələ ki, bu, bizi tam şəkildə qane edə bilməz. Bizim istəyimiz odur ki, Azərbaycan inkişaf etmiş ölkələrin sıralarına daxil olsun və inkişaf etmiş ölkələrə xas olan bütün parametrlər Azərbaycanda tətbiq olunsun. Bunu etmək üçün bizim imkanlarımız var. Allaha şükür, təbii ehtiyatlar var, gözəl təbiət var, regionların inkişafı sürətlə gedir, ictimai vəziyyət çox müsbətdir, təhlükəsizlik, sabitlik şəraitində yaşayırıq, vətəndaş həmrəyliyi, millətlərarası sülh şəraitində yaşayırıq. Bilirsiniz, bir daha demək istəyirəm ki, heç də hər bir ölkədə belə gözəl mənzərə müşahidə olunmur. Baxın, dünyanın müxtəlif yerlərində, uzaq, yaxın bölgələrdə nə qədər böyük çaxnaşmalar, qarşıdurmalar var. Milli zəmində, dini zəmində qarşıdurma, bəzi hallarda münaqişə, bəzi hallarda sadəcə məişət zəminində qarşıdurma var. Bunların heç biri Azərbaycanda yoxdur, heç biri də olmayacaqdır. Bunun təminatçısı Azərbaycan xalqıdır, bizim siyasətimizdir, bax, sizin fəaliyyətinizdir, sizin Azərbaycanda xoşbəxt, rahat yaşamağınızdır. Bu, doğrudan da böyük sərvətdir və bir daha demək istəyirəm ki, biz buna öyrəşmişik. Biz hesab edirik ki, bu, təbiidir və biz haqlıyıq. Bəzi başqa yerlərdə yaşanan hadisələr təbii deyil. Onlar süni şəkildə ortaya atılmış ədavət toxumlarıdır ki, insanları bir-birinə qarşı hərəkət etməyə məcbur edir. Bizim ölkəmiz isə öz inkişafına bax, bu cür davam edəcəkdir - həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli, güclü siyasət, xarici siyasət. Siz öz sözünüzdə bizim xaricə siyasətə toxundunuz. Bizim siyasətimiz çox açıqdır, aydındır, birmənalıdır, səmimidir. Biz öz maraqlarımızı müdafiə etməliyik, bütün ölkələrlə yaxşı münasibətlər qurmalıyıq və işləri qarşılıqlı maraqlar əsasında aparmalıyıq. Azərbaycanın hər bir bölgəsində, hər bir qəsəbəsində, kəndində bu gözəl inkişaf daha da sürətlə getməlidir.

Mən çox şadam ki, yenidən sizinlə görüşürəm. Bu bizim birinci, ikinci görüşümüz deyildir. Qubada olarkən həmişə çalışıram ki, sizinlə görüşüm, öz ürək sözlərimi sizə deyim və bu vasitə ilə öz hörmət, məhəbbətimi bir daha ifadə edim.

Sizə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb