AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, iyunun 14-də Gürcüstan Dövlət Dəftərxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olmuşdur.
Dövlət başçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulmuş qarşılıqlı siyasi əlaqələrin yüksək səviyyəsindən razı olduqlarını vurğuladılar. Bildirildi ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, əmtəə dövriyyəsinin həcmi ildən-ilə artır.
Görüşdə bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri, regionda və dünyada təhlükəsizlik problemləri barədə ətraflı fikir mübadiləsi aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:34]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]