AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də “Tbilisi-Mariott” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin uğurla inkişafından məmnunluq bildirildi, Azərbaycan və Türkiyənin qlobal enerji layihələrində və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair imzalanacaq layihədə iştirakının bu münasibətləri daha da möhkəmləndirəcəyi vurğulandı.
Bu əməkdaşlığın regionda sülhə, sabitliyə xidmət etdiyinin bildirildiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıldı.