AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Yanvarın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova, komissiyanın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı təkliflər vermişlər. Mərkəzi Seçki Komissiyası 13 saylı Əzizbəyov birinci, 15 saylı Yasamal, 23 saylı Nəsimi-Nərimanov, 33 saylı Xətai birinci, 45 saylı Abşeron, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 93 saylı Bərdə şəhər, 95 saylı Tərtər, 105 saylı Tovuz, 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]