AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Tümen vilayətinin çoxminli Azərbaycan icması atanızın – Azərbaycan Respublikasının tanınmış milli lideri və öz xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizinlə və bütün xalqımızla birgə dərindən kədərlənir.
Görkəmli dövlət xadimi, bütün dünyada, haqlı olaraq, böyük hörmət və nüfuz qazanmış Heydər Əlirza oğlu Əliyev on illər ərzində Azərbaycanın tərəqqisi üçün çox iş görmüşdür. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində dünyanın bütün qüdrətli dövlətləri, o cümlədən Rusiya Federasiyası ilə strateji tərəfdaşlığın əsasını qoymaq mümkün olmuşdur ki, bu da Rusiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə onun böyük şəxsi töhfəsidir.
Hörmətli cənab Prezident! Tümen vilayətində yaşayan biz azərbaycanlılar hamımıza üz vermiş ağır itki ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu ağır günlərdə Heydər Əlirza oğlu Əliyevin işinin davam etdirilməsində Sizinlə birgə iştirak etməyə hazır olduğumuzu bildiririk!
F.Bürcüyev
Ümumrusiya Azərbaycan Konqresi
Tümen regional şöbəsinin sədri.