RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız - Respublika günü münasibətilə böyük məmnuniyyətlə İtaliya xalqı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram.
Azərbaycan ilə İtaliya arasındakı mövcud siyasi, iqtisadi və mədəni əməkdaşlığın, habelə ölkənizin Avropa İttifaqı ilə əlaqələrinin bundan sonra daha da genişlənməsini və möhkəmlənməsini ürəkdən arzulayıram.
Ölkələrimizi birləşdirən dostluq münasibətlərini əsas tutaraq Sizə şəxsən xoşbəxtlik diləyirəm.
Corcio Napolitano
İtaliya Respublikasının Prezidenti