RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bismillahir rəhmanir rəhim!
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Əminəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi regional və beynəlxalq əməkdaşlığın daha da güclənməsinə, eləcə də iki ölkənin inkişaf və tərəqqisinə səbəb olacaqdır.
Bir daha Cənabınızı İran İslam Respublikasına səfərə dəvət etməklə yanaşı, uca Allahın dərgahından Sizə möhkəm cansağlığı, dost və qardaş Azərbaycan Respublikasına isə rifah diləyirəm.
Mahmud Əhmədinejad
İran İslam Respublikasının Prezidenti