AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə İndoneziya Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Çox ümidvaram ki, bizim birgə səylərimizlə İndoneziya və Azərbaycan arasındakı səmimi əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə davamlı olaraq inkişaf etdiriləcəkdir.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf arzulayıram.
Susilo Bambanq Yudhoyono
İndoneziya Respublikasının Prezidenti