Azərbaycan Retinoloqlarının 8-ci konfransı keçiriləcək
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakıda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Retinoloqlarının 8-ci konfransı keçiriləcək.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər, “Mərkəzi seroz xorioretinopatiyaların müalicəsində müasir yanaşma”, “Sarkoidoza bağlı uveit”, “Şəkərli diabet zamanı uveitin kliniki-immunoloji xüsusiyyətləri”, “Diabetik makula ödeminin müalicəsində proqnostik faktorlar”, “Görmə siniri patologiyalarının diaqnostikasında VEP müayinəsinin rolu” kimi məsələlər müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:21]
ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır
- 07.10.2026 [11:12]
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO
- 07.10.2026 [11:02]
Aqrar Subsidiya Şurası yaradılacaq
- 07.10.2026 [10:58]
Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir
- 07.10.2026 [10:55]
Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
- 07.10.2026 [10:53]
DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]