Azərbaycan səfirliyi Belarusda ermənilərin məkrli niyyətlərinin qarşısını alıb
Bakı, 3 mart, AZƏRTAC
Belarusda yaşayan erməni icması və diasporu tərəfindən ölkə ictimaiyyətində, xüsusilə yerli televiziya kanallarında fevralın 28-də Sumqayıt hadisələri ilə bağlı qərəzli silsilə verilişlərin yayılması nəzərdə tutulmuşdu. Bunu nəzərə alan Azərbaycanın Belarusdakı səfirliyi, xüsusilə səfir İsfəndiyar Vahabzadə önləyici tədbirlərin görülməsinə nail olub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, televiziya rəhbərliyi və jurnalistlər kollegiyasının rəhbərləri ilə keçirilmiş görüşlər və telefon danışıqları nəticəsində ermənilər tərəfindən nəzərdə tutulan verilişlərin və filmlərin efirə getməsinin qarşısı alınıb.
Səfirliyin təkidinə əsasən həmin gün “Belarus 3” televiziya kanalında “Qaya” musiqi qrupuna həsr edilən 25 dəqiqəlik sənədli film və Azərbaycanfilmin istehsalı olan “İstintaq” bədii filmi nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]