Azərbaycan şirkətlərinin nümayəndələri Milan Beynəlxalq turizm sərgisində iştirak edəcəklər
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan şirkətlərinin nümayəndələri fevralın 16-dan 19-dək İtaliyanın Milan şəhərində keçiriləcək “BİT- 2012” Beynəlxalq turizm sərgisində iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 40 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə Azərbaycan və ingilis dillərində təbliğ olunacaqdır.
Sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən 7 turizm şirkətinin nümayəndələri dəvət olunmuşlar.
Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri sərgidə milli rəqslərimizi ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]