Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bir Zəfərin təcəssümü ŞƏRH

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bir Zəfərin təcəssümü  ŞƏRH

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Məlumdur ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfərimiz sayəsində bu gün Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov söyləyib.

O bildirib ki, antiterror tədbirlərinin həyata keçirilməsində məqsəd üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etmək, Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrin tərk-silah olunaraq çıxarılmasına nail olmaq idi. Bu əməliyyatın keçirilməsi, həmçinin Azərbaycanın mülki və hərbi şəxslərinə qarşı təxribatların qarşısını almaqla bərabər, Qarabağda yaşayan erməniəsilli sakinləri qondarma xunta rejiminin zülmündən xilas etmək və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsinə xidmət edirdi.

“Lokal xarakterli antiterror tədbirlərini doğuran səbəblər İkinci Qarabağ müharibəsindən ötən son üç il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı pozuculuq fəaliyyətlərinin artması, sülh prosesinin bilərəkdən yubadılması, Qarabağ regionunda davamlı olaraq hərbi təxribatların həyata keçirilməsi və ən əsası qeyri-qanuni separatçı-cinayətkar rejimin Xankəndidə oturması idi. Bundan başqa, həmin dönəmdə Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min silahlıya maliyyə, hərbi, texniki yardımın göstərilməsi, ərazilərimizin minalanmasının davam etdirilməsini, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə hallarının həyata keçirilməsini də antiterror tədbirlərini zəruri edən səbəblər sırasında qeyd etmək olar. Bütün bu baş verənlərə əlavə olaraq, ölkəmizə qarşı “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla çıxış edən Ermənistanın dəstəklədiyi qondarma separatçı rejimin Azərbaycan ərazisində qeyri-qanuni “prezident seçkiləri” həyata keçirməsi ölkəmiz tərəfindən müvafiq cavab tədbirləri görülməsini zəruri edirdi. Qarşı tərəfin sentyabrın 19-da mülki şəxslərin və polis işçilərinin ölümü ilə nəticələnən mina təxribatına əl atması isə bardağı daşıran son damla oldu”, - deyə S.Zahidov qeyd edib.

Politoloq vurğulayıb ki, baş verənlərin fonunda, Azərbaycan daim sülh gündəliyinə sadiqliyini nümayiş etdirmiş və Qarabağdakı erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olmaq üçün çağırışlar etmişdi. Bariz nümunə kimi sentyabrın 19-da Azərbaycan Respublikasının Prezident Administrasiyası növbəti dəfə erməniəsilli sakinlərə çağırış edərək, onları Yevlaxda reinteqrasiya prosesini müzakirəyə dəvət etməsini göstərə bilərik. Bununla belə, Qarabağdakı qondarma cinayətkar rejim bu prosesə hər vasitə ilə maneçilik törətməyə çalışaraq, oradakı erməniəsilli sakinləri qul kimi istismar etdiklərini nümayiş etdirirdilər.

Azərbaycanın heç bir halda öz ərazisində boz zonanın mövcudluğuna izn verməyəcəyini qeyd edən S.Zahidov deyib: “Məhz bu səbəbdən dövlətin suverenliyinin və konstitusional quruluşunun təmini üçün antiterror tədbirlərinin həyata keçirilməsi artıq zərurətə çevrilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu bu antiterror tədbirlərinin gedişində beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edərək yalnız legitim hərbi obyektləri, silah anbarlarını, düşmənin hərbi texnikasını və hərbi infrastrukturunu hədəfə aldı. Ermənistanın qeyri-qanuni silahlı qüvvələri isə, bunun əksinə olaraq, bütün beynəlxalq normaları çeynəyərək Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirmiş, eyni zamanda, hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb etmişdi”.

Politoloq vurğulayıb ki, 2023-cü ilin sentyabrın 20-si Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bir Zəfərin təcəssümüdür. Bu tarixi hadisə yalnız Azərbaycanın suverenliyinin bərqərar edilməsini deyil, həm də iki yüz ildən çox tarixə malik erməni separatizminin bölgədən tamamilə silinib təmizlənməsini, xalqımıza qarşı böyük cinayətlər işləmiş separatçı rejimin əliqanlı rəhbərlərinin həbs olunmasını əks etdirir. Əgər İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Bayrağı Şuşa, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Qubadlı və Zəngilanda dalğalanmağa başladısa da, 2023-cü ilin sentyabrın 19-20-də baş tutan antiterror tədbirləri nəticəsində bu gün üçrəngli bayrağımız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda dalğalanır.

“Nəticədə, cari il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri bütöv Azərbaycanın bütün ərazilərində həyata keçirildi. Bu seçkilərdə qələbə qazanan Prezident İlham Əliyevin inauqurasiya mərasimində də qeyd etdiyi kimi, onun Xankəndi şəhərində seçki qutusuna atdığı bülleten bölgədəki erməni separatizminin tabutuna vurulan sonuncu mismar oldu”, - deyə Sultan Zahidov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər