Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hesabatı dinlənilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatları ilə görüş olub.
Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli 2022-ci il üzrə ittifaqın hesabatını təqdim edib.
Görüşdə tələbə gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, layihələrin səmərəlliliyinin artırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, beynəlxalq əməkdaşlıq, tələbələr arasında müsabiqələrin keçirilməsi, təcrübə məktəblərinin təşkili, tələbə liderlərin formalaşdırılması, tələbə təşəbbüslərinin dəstəklənməsi və digər layihələr müzakirə olunub.
Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.