Azərbaycan Turizm İnstitutunun əməkdaşı Böyük Britaniyada akademik mübadilə proqramının iştirakçısı olmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) əməkdaşı Vüsalə Qəhrəmanlı Avropa İttifaqının Erasmus Mundus Action 2 layihəsi çərçivəsində akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramının iştirakçısı olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, Böyük Britaniyanın Swansea Metropolitan Universitetində (SMU) hər il keçirilən mübadilə proqramının şərtlərinə əsasən, akademik mübadiləni təşkil etmək hüququ qazanmış müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər, tədqiqat aparmaq şansı da qazanır.
V.Qəhrəmanlı SMU-da təşkil olunmuş akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemi ilə tanış olmuş, universitetlərarası əməkdaşlığın genişlənməsi istiqamətində təkliflər vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]