Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 7 fevral (AZƏRTAC). Azərbaycan fevralın 9-12-dək İstanbulda keçiriləcək EMİT sərgisində təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 60 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin əməkdaşları, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən 7 turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]