Azərbaycan Universitetindən vebinar: karantin zamanı psixi sağlamlığın qorunması yolları
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Universiteti tələbələr üçün “Karantin zamanı psixi sağlamlığın qorunması yolları” mövzusunda vebinar təşkil edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirə Bakıda və bölgələrdə fəaliyyət göstərən universitetlərin 70-dən çox tələbə və magistrantı qoşulub.
Vebinarda karantin müddətində vaxtın səmərəli təşkili yolları, həyəcan, narahatlıq, depressiya kimi halların artması, stresin idarə olunması, gündəlik həyatın müxtəlif sahələrinin nəzərdən keçirilməsi, karantindən sonrakı həyat kimi mövzular müzakirə olunub. Vebinarı universitetin Sosial işin təşkili kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]