AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Danışıqlarda ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyəsindən məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edildiyi vurğulandı. İki ölkə arasında əmtəə dövriyyəsinin ildən-ilə artması Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu göstərən müsbət amil kimi qeyd edildi. Eyni zamanda, əmtəə dövriyyəsinin daha da artırılması ilə bağlı məsələlər nəzərdən keçirildi.
Danışıqlar zamanı sərhəd-buraxılış məntəqələrinin işini təkmilləşdirmək məsələləri, habelə nəqliyyat daşımaları üçün tariflərlə bağlı problemlər müzakirə olundu. Bildirildi ki, sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi sərhədyanı bölgələrin əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir.