İDMAN
AZƏRBAYCAN VƏ İRAN KİK-BOKSİNQÇİLƏRİ GÜCLƏRİNİ SINAMIŞLAR
Dekabrın 27-28-də Bakıda kik-boksinq üzrə beynəlxalq turnir keçirilmişdir.
Turnirin baş hakimi Hidayət İbrahimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Dünya azərbaycanlılarının həmrəyli gününə və “Qartal” Peşəkar kik-boksinq idman növləri klubunun yaranmasının beş illiyinə həsr olunmuş bu yarışlarda bakılıların qonağı İran İslam Respublikasının 21 nəfərlik komandası olmuşdur. Turnirin açılışı zamanı hər ik ölkənin Dövlət himnləri səsləndikdən sonra ümummilli liderimiz Prezident Heydər Əliyevin və dekabrın 26-da İİR-də baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İki gün davam edən turnirdə müxtəlif çəki dərəcəsində I, II,III yerləri tutmuş idmançılara qızıl, gümüş və bürünc medallar, fərqlənənlərə isə diplom və hədiyyəlrə verilmişdir.