Azərbaycan və İspaniyanın Paralimpiya komitələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İspaniya Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
AMPK-dan AZƏRTAC-a verilən məlumata görə, memorandum iki ölkənin paralimpiya komitələri arasında institusional əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və paraidmanın inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq istiqamətlərini müəyyən edir.
Memoranduma əsasən, tərəflər paraidmanın idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, idmançılar və məşqçilər üçün birgə təlim-məşq toplanışlarının, seminarların və təhsil proqramlarının təşkili, milli və beynəlxalq klassifikatorların hazırlanması və inkişafı, media, ictimaiyyətlə əlaqələr və marketinq sahələrində bilik mübadiləsinin aparılması, eləcə də paralimpiya hərəkatının milli və beynəlxalq səviyyədə təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.
Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə beynəlxalq idman təşkilatları və milli paralimpiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [18:18]
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]