Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Daşkənd, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Şavkat Mirziyoyevin
bəyanatı
 

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Sizin iştirakınıza şadam. Azərbaycan Respublikasının Prezidentini, əziz qardaşım, hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər özbək torpağında səmimiyyətlə salamlayıram. Sizi görməyimizə çox şadıq. Özbəkistana xoş gəlmisiniz.

Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik.

Hörmətli iştirakçılar, siz yəqin ki, bu gün bizim, əslində, nə etdiyimizi sonuna qədər təsəvvür etmirsiniz... Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq. Bu münasibətlə Sizi bir daha təbrik edirəm.

Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir.

Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var.

Ümumilikdə, danışıqlar ənənəvi olaraq, açıq və konstruktiv ab-havada keçdi. Hesab edirəm ki, görüşümüzün uğurunun əsasını böyük hazırlıq işi təşkil edir. Biz, sadəcə, danışmırıq, hər istiqamət üzrə çox diqqətlə işləyirik, nazirliklərimizin və idarələrimizin nümayəndələri artıq öyrəşiblər ki, Azərbaycanla nəzərdə tutduqlarımızı mütləq yerinə yetirməliyik. İlin əvvəlindən hökumətlərarası komissiyanın iclasları, siyasət və təhlükəsizlik sahələrində məsləhətləşmələr, parlamentarilərin görüşləri, regionların forumu və bir sıra mədəni və işgüzar tədbirlər keçirilib.

Hörmətli jurnalistlər, biz Özbəkistanda qardaş Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Bu gün sizin ölkənizdə iqtisadiyyatın, sənayenin, əhalinin həyat səviyyəsinin dinamik artımı təmin edilir, böyük sənaye və infrastruktur layihələri həyata keçirilir. Hörmətli İlham Heydər oğlu, böyük tarixi Qələbə, ölkənin ərazi bütövlüyünün bərpa olunması və əzəli Azərbaycan torpaqlarının qaytarılması münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Qədim Qarabağ torpağı Sizin səylərinizlə inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Mən özüm Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. Yəni, demək istəyirəm ki, insanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Qayıdan hər bir insanın, - onlar bu günü illərlə, on illərlə gözləyiblər, - biz İlham Heydər oğlu ilə onlarla görüşərkən, mən bu sakinlərin gözlərində evlərinə qayıtmağın sevincini gördüm. Bir daha əmin etmək istəyirəm ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Sizi dəstəkləməyə hazırdır. Məhdud tərkibdə görüşdə razılığa gəldik ki, bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq.

Daha bir vacib məqam – düz bir həftə sonra, sentyabrın 1-də Azərbaycanda böyük daxili siyasi hadisə – parlament seçkiləri olacaq. Noyabrda Bakı Qlobal İqlim Sammitinə ev sahibliyi edəcək. Biz onların uğurla keçirilməsini arzu edirik və qardaşlarımıza hərtərəfli dəstək göstərəcəyik.

Hörmətli jurnalistlər, Azərbaycan bizim mühüm strateji tərəfdaşımız və bu gündən etibarən artıq həm də müttəfiqimizdir. Bizi ortaq tarixi köklər, çoxəsrlik dostluq birləşdirir, biz bir dinə və oxşar mədəniyyətə, ənənələrə malikik. Bütün bunlar hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmindir.

Bu gün çoxtərəfli münasibətlərimizin bütün spektrini ətraflı müzakirə etdik, əsas istiqamətlər üzrə məruzələri dinlədik. Bu, hər şeydən əvvəl ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, böyük imkanlarımızın olduğu kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdir. Siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə bağlı razılığa gəldik. Qarşılıqlı fəaliyyətin artırılmasına xüsusi diqqət yetiririk. Əmtəə dövriyyəsi həcmlərinin artırılmasının zəruriliyini vurğuladıq. Bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar mövcuddur. Obrazlı desək, biz sıfırdan başlamışıq və indi bu səviyyəyə çatmışıq. Göstəriciləri dəfələrlə artırmaq üçün bütün əsaslar var. Razılığa gəldik ki, növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edək və bununla yanaşı, artıq dediyim kimi, 20 əsas istiqamət üzrə proqram qəbul olunsun. Danışıqlar əsnasında konkret kooperasiya layihələrinin üzərində dayandıq. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz olacaq. Bu da ilk dəfədir. Birlikdə mühüm layihələrə start verəcəyik – bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi, belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Üçüncü ölkələrdə perspektivli layihələrdə iştirakı nəzərdən keçirmək üzrə razılığa gəldik.

Biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirəcəyik. Regionlararası əlaqələrin potensialından maksimum istifadə edəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi. Regionlararası kooperasiya üzrə yol xəritəsini qəbul etmək, növbəti forumun gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması qərara alındı. Mədəniyyət, gənclər, informasiya siyasəti, elm, təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik. Hər il ölkələrimizdə qarşılıqlı mədəniyyət və kino günlərinin, sərgilərin, yaradıcı kollektivlərin qastrollarının keçirilməsi xoş ənənəyə çevrilib. Belə tədbirlərin tez-tez bizim əhalinin böyük hissəsinin yaşadığı regionlarda keçirilməsi çox vacibdir. Bu gün, həmçinin bizim əfsanəvi ulduzlarımız Fərrux Zakirov və Polad Bülbüloğlunun çıxış edəcəkləri birgə konsert olacaq. Onların geniş şəkildə tanınması və yüksək qiymətlərinin əlaməti olaraq biz hörmətli İlham Heydər oğlu ilə bu yaxınlarda onlara Xalq artistləri fəxri adının verilməsinə dair qərar qəbul etdik.

Ümumiyyətlə demək istəyirəm ki, etimada əsaslanan danışıqların nəticəsindən çox məmnunam, çünki bu gün də, dünən də bir çox beynəlxalq, regional, ikitərəfli məsələləri çox ciddi müzakirə etdik. Demək istəyirəm ki, bizim mövqelərimiz üst-üstə düşür. Bütün məsələlər üzrə razılığa gəldik. Bizim mövqelərimiz eynilə ondan ibarətdir ki, bütün platformalarda əməkdaşlıq edəcəyik, qarşılıqlı münasibətlərimizi birlikdə inkişaf etdirəcəyik. Yekunda biz mühüm, konkret razılaşmalar əldə etdik, qarşılıqlı fəaliyyətin əsas sahələrində sanballı sazişlər paketi imzaladıq. Bizim bütün təkliflərimizi dəstəklədiyinə görə hörmətli İlham Heydər oğluna səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Əminəm ki, Sizin tarixi səfərinizin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.

İndi məmnuniyyətlə sözü İlham Heydər oğluna vermək istəyirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
 

-Hörmətli Şavkat Miromonoviç, əziz qardaş, sağ olun. İlk növbədə, dəvətə görə təşəkkür etmək istəyirəm. Qardaş Özbəkistana yenidən səfər etmək və qardaş ölkənin sürətli inkişafını bir daha görmək böyük sevincdir.

Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik etmək istərdim.

Artıq qeyd etdiyim kimi, mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib. Belə deyək ki, nümayəndə heyətlərinin üzvlərinə razılaşdırdığımız məsələlərlə bağlı irad tutduğumuz bir bənd də yoxdur. Bu, əlbəttə, onlarda arxayınlıq yaratmamalıdır, amma hər zaman obyektiv və ədalətli olmaq lazımdır. Ona görə də biz, əslində, Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin kollektivi arasında da eynilə bu cür münasibət görürük.

Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram. Əminəm ki, onlar bizim danışdığımız məsələləri biləndə, bu səviyyəyə çıxdığımızı görəndə bu cür sevinc hissləri keçirirlər. Şavkat Miromonoviç deyəndə ki, bütün bunlar rekord qısa müddətdə edilib, o, tamamilə haqlıdır. Yəni, biz xalqlarımızın yaxınlaşması üzrə işlərimizi o qədər intensiv həyata keçirdik ki, bu səviyyəyə çatmaq üçün cəmi bir neçə il lazım oldu.

Şavkat Miromonoviç də artıq bu barədə danışdı, bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.

Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır. Belə münasibətə görə səmimi-qəlbdən minnətdaram.

Bu gün biz, həmçinin iş adamlarından ibarət qrupla görüşəcəyik. Hərçənd biznes-forum artıq işini yekunlaşdırsa da, hələ hazırda yerinə yetirilmə mərhələsində olan konkret layihələr var. Bu səbəbdən biz onları dinləmək və yeni təlimatlar vermək istəyirik. Həmçinin bugünkü diskussiyalar çərçivəsində çoxlu yeni mövzuları, ilk növbədə, əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.

Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik. Qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Özbəkistan universitetlərinin nümayəndələri yenidən Bakıda toplaşacaqlar

Birol Kilkis: Azərbaycan geotermal və Günəş enerjisi baxımından çox zəngin ölkədir

Ruandalı iştirakçı: Postkolonial cəmiyyətlərdə bir çox şəhər sistemi kolonial strukturlardan miras qalıb

Bakı Hərbi Kollecinin müəllimi: Vətəndaş rəyləri hökumətlərə daha düzgün məlumatlar toplamağa imkan verir

Törəxanım Nəsrullayeva: İnsanlar passiv müşahidəçi deyil, aktiv iştirakçı olduqda şəhərlər daha güclü olur

Təşkilat rəhbəri: WUF13-də əldə edilən təcrübə ölkələrin inkişafına töhfə verəcək

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Hindistan nümayəndəsi: WUF13 Azərbaycanın dayanıqlı inkişaf sahəsində uğurlarının göstəricisidir

Tina Teen: Gürcüstanda 24 yeni şəhərsalma planı hazırlanır

WUF13 iştirakçısı: Müasir dövrdə şəhərlər mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzədir

Rəsul Yusibov: UNEC-in WUF13-də təmsil olunması akademik əhəmiyyət kəsb edir

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

Mehmet Duman: “Ağıllı şəhər” layihələri Azərbaycanın şəhərsalma sahəsində innovativ inkişaf modelinə çevrilə bilər

WUF13-də təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri dinlənilib

AYİB Şərqi Avropa və Mərkəzi Asiyada dayanıqlı şəhər layihələrinə dəstəyini artırır

Britaniyalı tədqiqatçı: Bakı ictimai məkanlar baxımından dünyaya nümunədir

AZPROMO: Müasir şəhər layihələri onları əhatə edən iqtisadiyyatdan ayrı deyil

Brayan Nqiqi Mutoni: WUF13 kimi platformalar gənclərin qlobal şəhər siyasətinə töhfəsi üçün imkanlar yaradır

Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

Dünya Bankı: Coğrafi məkan göstəriciləri Mərkəzi Asiya şəhərlərinin dayanıqlı inkişafına kömək edəcək

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

Albaniyalı ekspert: Şəhərsalma siyasətləri məlumat və sübutlara əsaslanmalıdır

Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir VİDEO

Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir VİDEO

Kanada nümayəndəsi: Şəhərləşmənin gələcəyi mövcud infrastruktur üzərində qurulur VİDEO

Kanada nümayəndəsi: Şəhərləşmənin gələcəyi mövcud infrastruktur üzərində qurulur VİDEO

Siyasi elmlər üzrə tədqiqatçı: Afrikadakı urbanizasiya prosesinin əsas səbəblərindən biri kənddən şəhərə köçdür

Elm və təhsil naziri müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

WUF13: Tarixi ənənələr və müasir inkişafın qovuşduğu platforma

WUF13-də Şərqi Avropa və Mərkəzi Asiyada şəhərsalma məsələləri müzakirə olunub

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: Gecəqondu probleminin həlli üçün siyasi iradə mövcuddur VİDEO

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: Gecəqondu probleminin həlli üçün siyasi iradə mövcuddur VİDEO

EAPV prezidenti: Dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır

UN-Habitat: Azərbaycan bir neçə gün əvvəl yağan intensiv yağışlar zamanı operativ reaksiya və hazırlıq nümayiş etdirib

“Politico”: NATO Avropadan çıxarılan ABŞ qoşunlarının yerini doldurmağa çalışacaq

UN-Habitat rəsmisi: Azərbaycanın “ağıllı şəhər” təşəbbüsləri digər ölkələr üçün nümunə ola bilər VİDEO

UN-Habitat rəsmisi: Azərbaycanın “ağıllı şəhər” təşəbbüsləri digər ölkələr üçün nümunə ola bilər VİDEO

Qəbələ rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

WUF13-də işarət dili istifadəçiləri və inklüziv şəxslər üçün xüsusi tədbir VİDEO

WUF13-də işarət dili istifadəçiləri və inklüziv şəxslər üçün xüsusi tədbir VİDEO

Bu gün Avropa Liqasının qalibi bəlli olacaq

Qriqoriy İvliyev: WUF13-də müzakirə olunan mövzular urbanizasiya tendensiyalarına ciddi təsir göstərəcək

Anaklaudia Rossbax: Qeyri-formal məskunlaşma problemlərinin həllini tam təmin edə bilməmişik VİDEO

Anaklaudia Rossbax: Qeyri-formal məskunlaşma problemlərinin həllini tam təmin edə bilməmişik VİDEO

Pakistan nümayəndəsi: WUF13-də öyrəndiklərimi ölkəmdə tətbiq etməyi planlaşdırıram

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb

Dünya birjalarında neft ucuzlaşıb

AEBA rəhbəri BƏƏ-dəki AES-ə hücumun ağır radioaktiv fəsadlar doğuracağı barədə xəbərdarlıq edib

İcraçı direktor: Qeyri-formal yaşayış məntəqələrində yaşayan icmalar iqlim dəyişikliklərinin təsirlərini daha ağır hiss edirlər

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də

Sent-Vinsent və Qrenadinlər hökumət başçısının müşaviri: Bonairedəki yoxsulluğun əsas səbəbi məhz müstəmləkəçilikdir

Azərbaycan və Keniya şəhərsalma sahəsində tərəfdaşlığı gücləndirir

Türkiyənin Malatya vilayətində 5,6 bal gücündə zəlzələ olub

Mikayıl Cabbarov: Məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcmi üç dəfədən çox artıb VİDEO

Mikayıl Cabbarov: Məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcmi üç dəfədən çox artıb VİDEO

Haris Piplas: Planlaşdırma sadəcə bir rəsm və ya strategiya ilə bitmir, o, nəsillər boyu icra olunmalıdır

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq ediləcək

“Builki hava şəraitində arıların sağlamlığı may balından daha vacibdir” – təcrübəli arıçılar xəbərdarlıq edirlər

Meksika nümayəndəsi: WUF13 müxtəlif xalqlar arasında mədəni dialoqu və əməkdaşlığı gücləndirir

Neyrocərrahlar Assosiasiyasının konqresi başa çatıb VİDEO

Neyrocərrahlar Assosiasiyasının konqresi başa çatıb VİDEO

“Reuters”: Çin ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün tarif endirimi elan edir

Dünya Təhsil Forumu: Azərbaycanın yeni tərəfdaşlıqları

Ekspert: WUF13 gələcək əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıyır

Gənclər Kitabxanasından Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə töhfə

Nazir: Son illərdə fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik VİDEO

Nazir: Son illərdə fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik VİDEO

WUF13: Azərbaycanın qlobal nüfuzunun və etibarlı tərəfdaşlığının növbəti təsdiqi

Runze Vanq: WUF13 şəhərsalma problemləri ilə bağlı ortaq həll yollarının müzakirəsi üçün vacib platformadır

Beynəlxalq konfrans: “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”

Mikayıl Cabbarov: Azərbaycan 1989-cu ildən Ermənistanda yaşayan azərbaycanlıların, qaçqınların, eləcə də məcburi köçkünlərin axını ilə üzləşdi VİDEO

Mikayıl Cabbarov: Azərbaycan 1989-cu ildən Ermənistanda yaşayan azərbaycanlıların, qaçqınların, eləcə də məcburi köçkünlərin axını ilə üzləşdi VİDEO

Tanzaniyalı nümayəndə: Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm VİDEO

Tanzaniyalı nümayəndə: Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm VİDEO

Keniya rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar

WUF13-də təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri dinlənilir – Tədbir

UN-Habitat-ın nümayəndəsi: Xəzərin sahili boyunca su idarəçiliyi ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur

UN-Habitat-ın layihə rəhbəri: WUF-un 13-cü Sessiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir

UN-Habitat rəsmisi: Azərbaycanın yüksəksəviyyəli hazırlığı məni heyran etdi

İcraçı direktor: WUF13-də ümumilikdə səkkiz müxtəlif təşkilatı təmsil edirik VİDEO

İcraçı direktor: WUF13-də ümumilikdə səkkiz müxtəlif təşkilatı təmsil edirik VİDEO

WUF13: “İqlim-mənzil əlaqəsi: iqlimə davamlı mənzillər sosial bərabərliyi qoruya bilərmi?” mövzusunda müzakirə başlayıb

Qlazqo Universitetinin professoru: Sürətli urbanizasiya şəhər məkanlarını daraldır VİDEO

Qlazqo Universitetinin professoru: Sürətli urbanizasiya şəhər məkanlarını daraldır VİDEO

Esvatini Kralı SOCAR-ın Bakı Ali Neft Məktəbində olub

Tuluzda bələdiyyə seçkilərinə xarici müdaxilə iddiaları ilə məhkəməyə müraciət edilib

Pakistanlı mütəxəssis: Bakıda infrastrukturun sürətlə yenilənməsi digər ölkələr üçün nümunədir

Adaptasiya Fondu çərçivəsində Azərbaycanda keçirilən layihənin digər Xəzəryanı ölkələrdə də keçirilməsi planlaşdırılır VİDEO

Adaptasiya Fondu çərçivəsində Azərbaycanda keçirilən layihənin digər Xəzəryanı ölkələrdə də keçirilməsi planlaşdırılır VİDEO

Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb VİDEO

Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb VİDEO

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb VİDEO

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb VİDEO

İtaliyalı mütəxəssis: WUF13 yeni tərəfdaşlıqların və praktik həllərin ortaya çıxa biləcəyi bir platformadır

WUF13-də Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır - ŞƏRH

İspaniyalı memar-startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

WUF13 Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi gücünün simvoluna çevrilib - ŞƏRH

Azərbaycan nefti 117 dollara satılır

Azərbaycan şəhərsalma və memarlıq ənənələrinə görə çoxəsrlik zəngin bir keçmişə malikdir - ŞƏRH

Çin rəsmisi: Bakıdakı WUF13 innovativ formatı ilə fərqlənir

Si Cinpin Rusiya Prezidenti ilə görüşüb

Azərbaycanın təşəbbüsləri Türk dünyasında ortaq əməkdaşlıq platformasını gücləndirir - ŞƏRH

UN-Habitat nümayəndəsi: WUF13 şəhərlərin gələcəyini formalaşdırmaq üçün qlobal platformadır

“The Times”: Britaniyanın ABŞ-dəki diplomatı məxfi məlumatların sızmasına görə işdən çıxarılıb

ABŞ Avropadakı döyüş briqadalarının sayını azaldıb

Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Alimlər diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Avropada uşaqların itməsi hallarının 90-dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib