Birol Kilkis: Azərbaycan geotermal və Günəş enerjisi baxımından çox zəngin ölkədir
Bakı, 20 may, AZƏRTAC
Əgər biz enerjini ön plana çıxarsaq və onu yaşıl, ekoloji təmiz şəkildə istehsal etsək, qlobal istiləşmə artıq yavaşlamağa başlayacaq. Əlbəttə, şəhərlərin hazırkı fəlakətlərə qarşı hazırlıqlı olması lazımdır. Enerjidən düzgün istifadə edilmədikcə, qlobal istiləşmə artır. Qlobal istiləşmə artdıqca isə fəlakətlər çoxalır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ostim Texniki Universitetinin professoru Birol Kilkis söyləyib.
“Yaşıl məkanlarda regional istilik sistemləri və regional enerji sistemləri qurula bilər. Yəni hər ev ayrıca isitmə sistemi qurmaq məcburiyyətində qalmayacaq. Evlərin damlarında Günəş panelləri, kiçik külək turbinləri və geotermal istilik nasosları quraşdırıla bilər.
Bundan əlavə, regional istilik sistemi qurulduqda enerji problemini böyük ölçüdə həll etmiş olarıq. Bəs enerji haradan gələcək? Dənizin istiliyindən, küləkdən, Günəş enerjisindən və geotermal enerjidən. Azərbaycan geotermal və Günəş enerjisi baxımından çox zəngin ölkədir. Bunlardan istifadə etmək lazımdır", - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:11]
WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız
- 20.05.2026 [12:09]
WUF13-də plastik çirklənmə ilə mübarizəyə dair tədbir başlayıb
- 20.05.2026 [12:06]