WUF13-də plastik çirklənmə ilə mübarizəyə dair tədbir başlayıb
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə plastik tullantıların ətraf mühitə və şəhər ekosistemlərinə təsiri, tullantıların idarəolunması, təkrar emal imkanları və dairəvi iqtisadiyyatın tətbiqi məsələləri müzakirə edilir. Paneldə dayanıqlı şəhərlərin formalaşdırılması, yaşıl təşəbbüslərin genişləndirilməsi, maarifləndirmə işlərinin aparılması, dövlət-özəl tərəfdaşlığının və qabaqcıl təcrübə mübadiləsi məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanır.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:46]
WUF13-də "Yaradan" adlı sənədli film təqdim edilib
- 20.05.2026 [12:37]