Bu il Gürcüstanda iqtisadi artımın 7 faizə qədər yüksələcəyi proqnozlaşdırılır
Bakı, 20 may, AZƏRTAC
Gürcüstan iqtisadiyyatı pandemiyadan sonra ikirəqəmli artım nümayiş etdirərək regionun sabitlik mərkəzlərindən birinə çevrilib. 2022-ci ildə ölkədə iqtisadi artım 11 faizdən çox olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xüsusi Şəhərsalma İnkişafı Agentliyinin təmsilçisi Tina Teen BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İki Region, Bir Gündəm: İnklüziv Şəhər Yenilənməsi üçün Dərslər” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, Dünya Bankının proqnozlarına əsasən, cari ildə Gürcüstanda iqtisadi artım 5,5 faiz təşkil edəcək, daxili qiymətləndirmələr isə bu göstəricinin 7 faizə qədər arta biləcəyini göstərir.
“Ölkə iqtisadiyyatının əsas drayverlərindən biri tikinti sektorudur. İnkişaf etmiş ölkələrdə bu sektor ÜDM-in adətən 5–8 faizini təşkil etdiyi halda, Gürcüstanda göstərici 12,1 faiz səviyyəsindədir. 2021-ci ildən etibarən tikinti sektorunda sürətli artım müşahidə olunur və birbaşa xarici investisiyalar əsasən bu sahəyə yönəlib. Daşınmaz əmlak və tikinti sektorları birlikdə ümumi xarici investisiyaların təxminən 17 faizini təşkil edir”, - deyə Tina Teen vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:21]
Fuad Axundov Bakının qala divarlarının sirlərindən bəhs edib
- 20.05.2026 [12:20]
WUF13 çərçivəsində SPECA Forum işə başlayıb
- 20.05.2026 [12:19]
WUF13 rəsmisi: Azərbaycan pavilyonuna maraq getdikcə artır
- 20.05.2026 [12:11]