Türk professor: Bizim ortaq dəyərimiz həyat, gözəl yaşayış, mədəniyyət və qardaşlıqdır
Bakı, 20 may, AZƏRTAC
Dünya böyük qlobal istiləşmə böhranının içərisindədir və bu, getdikcə artır. Təəssüf ki, həmin prosesi yavaşlatmaq mümkün olmur və bu məsələdə şəhərlər çox vacib rol oynayır. Çünki artıq dünya əhalisinin çox böyük hissəsi şəhərlərdə yaşayır. Şəhərlərin qlobal istiləşməyə və fəlakətlərə qarşı dayanıqlı olması lazımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ostim Texniki Universitetinin professoru Birol Kilkis deyib.
O fikirlərinə belə davam edib: "Burada görürük ki, bir çox ölkə bir araya gələrək ortaq həll yolları axtara bilir. Bu, çox gözəldir. Kaş ki, bunu siyasətdə də edə bilsək, beynəlxalq müharibələrin qarşısını almaqda da eyni həmrəyliyi göstərə bilsək. Bizim ortaq dəyərimiz həyat, gözəl yaşam, mədəniyyət və qardaşlıqdır. Biz bunu “Urban Expo” sərgisində görürük. 60-70 ölkənin yan-yana olması çox gözəldir. Mən bunu çox önəmli hesab edirəm. Lakin burada çatışmayan bir məsələ görürəm. O da şəhər infrastrukturunda enerjinin çox mühüm olmasıdır. Enerji sahəsində hələ hansısa böyük təşəbbüs görmürəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:21]
Fuad Axundov Bakının qala divarlarının sirlərindən bəhs edib
- 20.05.2026 [12:20]
WUF13 çərçivəsində SPECA Forum işə başlayıb
- 20.05.2026 [12:19]
WUF13 rəsmisi: Azərbaycan pavilyonuna maraq getdikcə artır
- 20.05.2026 [12:11]