Pakistanlı iştirakçı: WUF13 güclü beynəlxalq əməkdaşlıq mühiti yaradıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanda WUF13-də iştirak etmək mənim üçün çox yaxşı təcrübə oldu. Burada müxtəlif ölkələrdən insanların bir araya gəlməsi Bakının böyük imkanlara malik şəhər olduğunu göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) iştirak edən pakistanlı Muhammed Ali deyib.
O bildirib ki, şəhərdə tədbirin təşkili yüksək səviyyədə həyata keçirilib və bütün infrastruktur tam şəkildə təmin olunub.
Onun sözlərinə görə, Bakı təkcə regional deyil, eyni zamanda qlobal şəhərsalma kontekstində də müsbət nümunə kimi diqqət çəkir və güclü təəssürat yaradır.
Müxbir - Gülay Nəzərova
Operator - Ceyhun Mustafayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:31]
WUF13-ün iştirakçısı: Bakıda şəhərsalma işləri yüksək səviyyədə görülüb
- 20.05.2026 [12:29]
Şəbəkə sənəti WUF13 iştirakçılarının marağına səbəb olub
- 20.05.2026 [12:21]