Keniyalı memar: Yaşıl enerji bugünkü və gələcək şəhərlərin inkişafı üçün həlledici rol oynayır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Yaşayış məntəqələrinin salınmasında yaşıl enerjidən istifadə olunması çox vacibdir. Son bir neçə ildə müşahidə olunan odur ki, tikinti sektorunda yaşıl enerjiyə böyük maraq var. Bugünkü istehlakçılar da ekoloji tarazlığı nəzərə alan layihə çərçivəsində tikilmiş evə sahib olmaq istəyirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı memar Conson Maura deyib.
O bildirib ki, yaşıl enerji bugünkü və gələcək şəhərlərin inkişafı üçün həlledici rol oynayır.
"Yaşıl enerji gələcəkdə şəhərlərin inkişafının əsas hərəkətverici qüvvəsi olacaq. Çünki şəhərlərdə yaşayan insanlar özləri yaşıl layihələrin vacibliyini dərk etdikdə ətraf mühitə qayğı göstərməyə başlayacaqlar", - deyə keniyalı meyar qeyd edib.