Tina Teen: Gürcüstanda iqtisadi artımın böyük hissəsi Tbilisinin payına düşür
Bakı, 20 may, AZƏRTAC
Gürcüstanın iqtisadi artımı regionlar üzrə qeyri-bərabər paylanıb və paytaxt Tbilisi ölkə iqtisadiyyatında dominant mövqeyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xüsusi Şəhərsalma İnkişafı Agentliyinin təmsilçisi Tina Teen BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üçün dərslər” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkənin ümumi milli istehsalının 53,1 faizi təkcə Tbilisinin payına düşür.
“Acarıstan regionu da nəzərə alındıqda, bu iki region birlikdə ölkə iqtisadiyyatının 62 faizdən çoxunu formalaşdırır. Bu vəziyyət şəhərsalma mütəxəssisləri tərəfindən “hidrosefalik iqtisadiyyat” kimi xarakterizə edilir. Bu disbalans paytaxtın infrastrukturuna ciddi təzyiq yaradır və daxili miqrasiya üçün güclü cazibə effekti formalaşdırır. Son on ildə Tbilisinin əhalisi 15 faiz, yəni 166 min 900 nəfər artıb. Ümumilikdə isə şəhər əhalisinin təxminən 7 faiz artıb”, - deyə Tina Teen əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:31]
WUF13-ün iştirakçısı: Bakıda şəhərsalma işləri yüksək səviyyədə görülüb
- 20.05.2026 [12:29]
Şəbəkə sənəti WUF13 iştirakçılarının marağına səbəb olub
- 20.05.2026 [12:21]