WUF13 çərçivəsində su idarəçiliyi və dayanıqlı şəhər inkişafı müzakirə edilir
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Su ilə Ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə sürətli urbanizasiya və iqlim dəyişiklikləri fonunda şəhərlərdə su idarəçiliyi, dayanıqlı mənzil təminatı və iqlimə uyğunlaşma məsələləri müzakirə olunur.
Tədbirdə şəhər su infrastrukturu ilə dayanıqlı mənzil sistemləri arasındakı əlaqələr, inteqrasiya olunmuş şəhər su idarəçiliyi, təbiətə əsaslanan həllər və ağıllı su texnologiyaları diqqət mərkəzindədir.
Müxbir - Günel Alıyeva
Fotoqraf - Elşad Mirzə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:55]
WUF13-ün ilk üç günü ərzində tədbirlərə qatılan iştirakçı sayı açıqlanıb
- 20.05.2026 [12:50]