WUF13-də "Yaradan" adlı sənədli film təqdim edilib
Bakı, 20 may, AZƏRTAC
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonunda təşkil olunan tədbirdə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunan "Yaradan" adlı sənədli film təqdim edilib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev vurğulayıb ki, ekran işində Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanıqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Bildirilib ki, sənədli filmin çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [13:28]
Luis Galleqos: İqlim riskləri həssas qruplar üçün daha böyük təhlükə yaradır
- 20.05.2026 [13:24]
Birgit Pickel: Əlilliyi olan şəxslərin yarıdan çoxu şəhərlərdə yaşayır
- 20.05.2026 [13:11]