Azərbaycan və Pakistan parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
İslamabad, 1 fevral, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının Azərbaycan ilə dostluq qrupunun üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkənin gənclər və qadın təşkilatlarının əməkdaşlığının dəstəklənməsi, iqtisadi, mədəni və elmi əlaqələrin daha da inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Bakıda iştirak etdikləri müxtəlif forum və konfranslar zamanı Azərbaycanda şahidi olduqları inkişafı və ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]